Demokrat.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır:
“Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə pensiya xərclərinə birbaşa təsir göstərib.
Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub.
Digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinaları da davam etdirilib. Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.
10Источники
-
ulusum.azPensiya ödənişləri artıb - AÇIQLAMA ( 20328348)
-
demokrat.azPensiya ödənişləri niyə artıb? — AÇIQLAMA ( 20319555)
-
bizim.mediaPensiya ödənişləri niyə artıb? - AÇIQLAMA ( 20318967)
-
axar.azPensiya ödənişləri kəskin artdı - Səbəb ( 20317293)
-
infoaz.wsPensiya ödənişləri artdı – SƏBƏB ( 20316387)
-
news24.azPensiya ödənişləri artdı - SƏBƏB ( 20298690)
-
tribunainfo.azPensiya ödənişləri artıb… Deputat səbəbləri açqladı ( 20304432)
-
far.azPensiya ödənişləri artıb - Deputat səbəb AÇIQLADI ( 20303730)
-
banco.azPensiya ödənişləri niyə artıb? ( 20302188)
-
hit.azPensiya ödənişləri niyə artıb? ( 20302335)