ABŞ Prezidenti Donald Tramp fevralın 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüş öncəsi açıqlama verib.Metbuat.az xəbər verir ki, Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Tramp Rusiyanın Putinin nəticələrinə qatlanmalı olacağını bildirib. O, əgər Moskva müharibəni dayandırmasa, ağır nəticələrin olacağını vurğulayıb. Tramp Putinlə dəfələrlə danışdığını, lakin danışıqlardan sonra belə Rusiya qüvvələrinin hədəfləri vurmağa davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu, “Baydenin savaşıdır”, lakin özü münaqişəni bitirmək üçün orada olduğunu deyib.ABŞ Prezidenti görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefon danışığı aparacağını açıqlayıb.