İtaliyanın “Parma” klubu heyətini “Midtyulland”ın yarımmüdafiəçisi Oliver Sorensenlə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Mətbuatda yayılan xəbərlərə əsasən, danimarkalının keçidi “Parma”ya bonuslarla birlikdə 10 milyon avroya başa gəlib.
Danimarka U-21 millisində çıxış etmiş futbolçu ötən mövsüm ölkə çempionatında 28 oyunda 9 qol vurub.
Qeyd edək ki, “Parma” 2023/24 mövsümündə A Seriyasında 16-cı pillədə qərarlaşaraq elita liqasındakı yerini qoruyub.