RU

Zidanın təyinatı 2026 cı ildə reallaşacaq?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uzun müddətdi heç bir komandanı çalışdırmayan Zinəddin Zidanın çox sayda təklifi geri çevirdiyi məlumdu. O, yalnız ölkəsinin milli komandasına başçılıq etmək istəyir."Football-plus.az" xəbər verir ki, DÇ-1998-in qalibi istəyinə 2026-cı ildə çatacaq. Bunu RMC telekanalının jurnalisti Jilber Brisbua iddia edib. O, Zidanın gələn il keçiriləcək dünya çempionatından sonra Fransa yığmasını tərk edəcək Didye Deşamın yerini tutacağını bildirib:

“Deşam 2026-cı ildə yığmanı tərk edəcək. Onun yerini isə Zidan tutacaq. Artıq hər şey həll edilib. Nə gözəl xəbərdi!”

Deşam milli komandaya 2012-ci ildən başçılıq edir. Fransa onun başçılığı altında DÇ-2018-in və Millətlər Liqası-2022-nin qalibi olub. Komandanın AÇ-2016-da və DÇ-2022-də 2-ci yeri tutduğunu da qeyd edək.53 yaşlı Zidan isə 2016-18-ci və 2019-21-ci illərdə “Real”a başçılıq edib. Bu komandanı iki dəfə İspaniya çempionatında, üç dəfə isə Çempionlar Liqasında qələbəyə daşıyıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
icma.az

2Источники