RU

“İnana­ram ki, ‘Araz-Naxçıvan’ istəyinə çatacaq”

“Araz-Naxçıvan”ın hücumçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna qarşı keçiriləcək cavab matçından öncə komandasına inamını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, mətbuat konfransında çıxış edən 29 yaşlı forvard Bakıda baş tutan ilk qarşılaşmadakı 0:4 hesablı məğlubiyyəti arxada qoyduqlarını bildirib:

“Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin və gərgin olacaq, ancaq biz hazırıq”.

Boli rəqibi yaxşı tanıdığını və Kiprin ən güclü komandalarından biri olduğunu vurğulayıb:

“Rəqibə qarşı bir neçə dəfə oynamışam. Onlar güclüdür, amma inanıram ki, ‘Araz-Naxçıvan’ sabahkı oyunda istəyinə çatacaq”.

Xatırladaq ki, “Omoniya” – “Araz-Naxçıvan” oyunu avqustun 14-də saat 21:00-da Nikosiyada keçiriləcək. İlk matçda Kipr təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Избранный
15
90deqiqe.az

1Источники