Qarabağ Dirçəliş Fondu (QDF) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə Publika.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib:
"Məlum olduğu kimi, 12 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib".