Naxçıvan, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 69 milyon 19 min 990 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 7 milyon 504 min 880 dollarını və ya 10,9 faizini ixrac olunmuş məhsulların, 61 milyon 515 min 110 dollarını və ya 89,1 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, o cümlədən idxal 13,1 faiz azalmış, ixrac isə 24,8 faiz artıb.