RU

“Betmen”ə layiq davranış

Azvision saytına istinadən ain.az xəbər verir.

ABŞ-da yetim qalmış uşaqları yaşamaq üçün ailələrə göndərirlər. “Foster child” adlanan bu uşaqlar yetkinlik yaşına çatana qədər düşdüyü ailədə yaşayır, amma rəsmən övladlığa qəbul edilmir. Yetim qalmış bacı-qardaşlar ayrı-ayrı ailələrə düşürlər. Statistikaya görə, onların 75 faizi daha heç vaxt bir-birini görmür.

Bu statistika “Oskar” laureatını həmişə narahat edirmiş. Nəhayət, 16 ildən sonra aktyor arzusunu həyata keçirib və yetim qalmış bacı-qardaşların birlikdə böyümələrini təmin edəcək sosial layihəni həyata keçirib. O, hər biri 6 ailənin yaşaması üçün nəzərdə tutulan 12 ev tikib. Evlər 2025-ci ilin sonu – 2026-ci ilin əvvəlində istifadəyə veriləcəklər.

Aktyorun özünün bir oğlu, bir qızı var. O deyir ki, 2005-ci ildə qızı Emmelin dünyaya gələndən sonra yetim uşaqların taleyi onu daha çox narahat etməyə başlayıb. Çünki aktyor həmişə düşünürmüş ki, əgər başına bir iş gəlsə, övladlarının taleyi necə olacaq, onlar bir yerdə qala biləcəklərmi? Bu fikirlər onun yetim qalmış uşaqlar üçün kiçik bir kənd tikməsinə gətirib çıxarıb. Həqiqətən də Betmenə layiq hərəkətdir! Tariyel Həsənov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
azvision.az

3Источники