Rusiyada Telegram və WhatsApp vasitəsilə zənglərə qadağa qoyulması rəsmən təsdiqlənib.
AzPost bildirir ki, “Roskomnadzor” Telegram və WhatsApp vasitəsilə zənglərə məhdudiyyət qoyulduğunu təsdiqləyib.
“Məlumat veririk ki, cinayətkarlarla mübarizə məqsədilə hüquq-mühafizə orqanlarının materiallarına uyğun olaraq həmin xarici messencerlərdə zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər davam etdirilir”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.
Roskomnadzor bildirib ki, Telegram və WhatsApp-da başqa heç bir məhdudiyyət tətbiq edilmir.
Xatırladaq ki, rusiyalı tanınmış teleaaprıcı Kseniya Sobçak dünən WhatsApp və Telegram vasitəsilə zənglərə qadağa qoyulması ilə bağlı qərar verildiyini açıqlayıb.