ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Cakomo Raspadori klubunu dəyişib. Neapolu tərk edən italiyalı futbolçu Madridə yollanıb."Football-plus.az" xəbər verir ki, “Atletiko” hücum xəttini onunla gücləndirib. Madrid klubu İtaliya yəğmasının üzvü üçün “Napoli”yə 22 milyon avro təzminat ödəyəcək. Müqavilədə 5 milyon avroluq bonus da nəzərdə tutulub. 25 yaşlı hücumçu yeni klubu ilə müddəti 2030-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.“Napoli”də 2022-ci ilin yayından çıxış edən Raspadori ötən mövsüm komandada 29 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.