Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə iki yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Bakı klubu serbiyalı voleybolçular - Yovana Cociç və İva Laziçin keçidini rəsmiləşdirib.
Onlarla 1 illik müqavilə imzalanıb.
Cociç son olaraq Yunanıstanın “AONS Milon”, Laziç isə ölkəsinin “Partizan” komandasında çıxış edib.