RU

qiymətli kağızlar üzrə ödənişlər açıqlandı

2025-ci ilin ilk yarısında qiymətli kağızlar üzrə ödənişlər açıqlanıb

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə ümumi ödənişlərdə dövlət istiqrazları əsas paya sahib olub. ABŞ dolları ifadəsində həyata keçirilən ödənişlərin 58,9 faizi korporativ istiqrazların, 41,1 faizi isə dövlət istiqrazlarının payına düşüb. Bu dövrdə dövlət istiqrazları üzrə nominal ödəniş 20 milyon dollar, kupon ödənişi isə 0,3 milyon dollar təşkil edib. Korporativ istiqrazlarda isə nominal 10 milyon dollar, kupon ödənişləri 19,04 milyon dollar olub.

Milli valyutada (AZN) həyata keçirilən ödənişlərdə isə dövlət istiqrazları 73,3 faizlə lider olub. Həmin istiqrazlar üzrə nominal ödəniş 1 milyard 373,67 milyon manat, kupon ödənişləri isə 261,41 milyon manat təşkil edib. Mərkəzi Bankın notları üzrə nominal məbləğ 270,2 milyon manat olub. Korporativ istiqrazlar üzrə nominal ödəniş 110 milyon manat, kupon ödənişləri 14,42 milyon manat, səhmlər üzrə isə dividend ödənişləri 200 milyon manat təşkil edib.

Избранный
40
teleqraf.com

1Источники