RU

Erkən diaqnoz və müalicə üsullarındakı irəliləyişlər xərçəngdən sağqalma göstəricilərini yüksəldib TƏDQİQAT

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

London, 13 avqust, AZƏRTAC

Böyük Britaniyanın London şəhərindəki Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, son 50 ildə xərçəngdən sağqalma göstəriciləri ümumilikdə xeyli yaxşılaşsa da, ən ölümcül növlərdə irəliləyiş zəifdir və bəzilərində fərq daha da artıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İngiltərə və Uelsdə melanoma dəri xərçəngi üçün 10 illik sağqalma nisbəti artıq 90 faizdən yuxarıdır. Ümumilikdə isə bütün xərçəng növləri üzrə xəstələrin yarısı 10 il yaşaya bilir. Bu, 1970-ci illərin əvvəlindəki göstəricinin ikiqatıdır. Lakin tədqiqatda qeyd olunur ki, qida borusu, mədə və ağciyər xərçəngi kimi növlərdə ciddi irəliləyiş yoxdur, mədəaltı vəzi (pankreas) xərçəngində isə 10 illik sağqalma nisbəti 5 faizdən azdır.

Mütəxəssislər bildirirlər ki, bir çox xərçəng növlərində sağqalma göstəricilərinin yaxşılaşmasına əsas səbəb erkən diaqnoz və müalicə üsullarındakı irəliləyişlərdir. Məsələn, döş xərçəngində 1971-ci ildə 42 faiz olan 10 illik sağqalma göstəricisi 2018-ci ildə 76 faizdən yuxarı qalxıb. Əksinə, ən aşağı sağqalma göstəricilərinə malik xərçəng növləri, adətən, çətin aşkar olunur və məhdud müalicə imkanlarına sahibdir. Pankreasla yanaşı, qida borusu, mədə və ağciyər xərçəngi də bu kateqoriyaya daxildir və bu növlərdə 10 illik sağqalma nisbəti hələ də 20 faizdən aşağıdır. 1970-ci illərdən indiyədək azacıq irəliləyiş olsa da, ən yaxşı və ən zəif nəticələr göstərən xərçəng növləri arasındakı fərq demək olar ki, iki dəfə artıb.

Böyük Britaniya hökuməti isə yeni strategiya ilə bu sahədə daha çox irəliləyiş əldə etməyə sadiq olduğunu bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
azertag.az

2Источники