Azərbaycan qadın futbol komandasının üzvü Nigar Mirzəliyeva Rusiyada yenə fərqlənib.
Offsideplus.az xəbər verir ki, "Zenit"də çıxış edən həmyerlimiz cari mövsüm 3-cü dəfə rəmzi heyətə düşüb.
23 yaşlı müdafiəçi 17-ci turun rəmzi yığmasına daxil edilib.
O, "Rubin"lə səfər matçına əsas heyətdə başlayıb və sona qədər meydanda olub. Görüş "Zenit"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
N. Mirzəliyeva daha əvvəl 10 və 13-cü turda da eyni uğura imza atmışdı.