Göygöldə yanğın hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "QAZ 3110" markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Avtomobillin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə edilib.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.