RU

Azərbaycandan Ukraynaya humanitar yardım göndərilir

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədli elektrik avadanlıqlarından ibarət yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından yola salınır.

Teleqraf xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Ukraynaya humanitar yardım göndərilən zaman deyib.

O bildirib ki, Prezidentin Sərəncamına əsasən yükün göndərilməsi Energetika Nazirliyi tərəfindən təmin edilir.

Избранный
106
teleqraf.com

1Источники