RU

Məşhur maskot yeni filmdə baş rolda

Ralf Lourenin tüklü maskotu "Polo Bear" indi öz animasiya filmində baş rolu ifa edəcək.

Kulis.az xəbər verir ki, moda brendi“The Polo Bear Chronicles: Operation Black Tie” üçün ilk treyleri təqdim edib.

Bu, Ralf Lourenin ilk animasiya layihəsi hesab olunur. Əyləncəli hekayə ayının sirli bir oğurluğu açmaq üçün başladığı macəradan bəhs edir.

Qeyd edək ki, ekran əsərinin 14 avqustda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Избранный
8
kulis.az

1Источники