RU

İncəsənət məktəblərinə ixtisas seçimi başlanır

14 avqust tarixindən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.

Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.

Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.

Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.

"Cebheinfo.az" 

Избранный
63
cebheinfo.az

1Источники