RU

ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi keçiriləcək

19 sentyabr 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, düşərgə daxili qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə tibbi mütəxəssislər tərəfindən təlimlər keçirməyi nəzərdə tutur:

"Təlimlərə daxili fizioterapevtik müayinələr və məşqlər, hematoloq tərəfindən təlimlər, damar daxili inyeksiya təlimləri, sağlam qidalanma üzrə təlimlər, həmçinin uşaqların istirahəti və əyləncəli vaxt keçirməsi daxil olacaq. Məqsədimiz biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsinə dəstək olmaqdır!"

 

Pərvanə Fərhadqızı

Избранный
20
4
qht.az

5Источники