RU

Hakan Fidan: Suriyadakı normallaşma prosesindən narahat olan aktorlar təxribatla məşğuldur

Suriyadakı normallaşma prosesindən narahat olan regiondakı müəyyən aktorlar təxribatla məşğuldur...

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

“Burada meydan oxuma, iddia var. Bizim üzərimizə düşən məsələləri təhlil edib problemləri nizamlamaqdır”,- o əlavə edib.

Türkiyə XİN rəhbəri bildirib ki, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq davam edir:

ABŞ, Avropa və region ölkələri ilə bu istiqamətdə fikir mübadiləsi aparırıq. Biz Süveyda hadisələrindən sonra Əmmanda təşkil edilən görüşləri dəstəklədik. Bəzi ölkələrin atdıqları addımlar sadəcə işğal etdikləri ölkələrə yox, bütöv regiona təsir göstərir, bunu nəzərə almalıdırlar. Türkiyə Suriya hökumətinin öz xalqına xidmət göstərmək və ərazi bütövlüyünü qorumaq istiqamətindəki fəaliyyətini dəstəkləyir”.

Poliqon.info 

Избранный
14
1
poliqon.info

2Источники