RU

Yunanıstanda meşə yanğınları genişmiqyaslı evakuasiyaya səbəb olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Yunanıstanda meşə yanğınları səbəbindən gecə boyu genişmiqyaslı evakuasiya aparılıb.

TurkicWorld xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar səbəbindən Achaia, Sakız (Xios) adası və Epirusda çoxsaylı yaşayış məntəqələri boşaldılıb. “112” qaynar xətti vasitəsilə yerli sakinlərə təxliyə barədə xəbərdarlıqlar göndərilib. Yanğınsöndürmə işlərinə 4850 nəfərlik heyət cəlb olunub, səhər saatlarından hava qüvvələri yenidən su tökmə əməliyyatlarına başlayıb.

Achaia prefekturasında Patra yaxınlığındakı Sihena bölgəsində başlayan yanğın bir neçə evə ziyan vurub, Sakız adasında isə kəndlər tamamilə boşaldılıb və kənd təsərrüfatı sahələri, fermalar, anbarlar, nəqliyyat vasitələri ciddi ziyan görüb. Epirusun Preveze bölgəsindəki Ziros bələdiyyəsində yanğın təxminən 30 kilometrlik əraziyə yayılıb.

Qeyd edək ki, Yunan Yanğınsöndürənlər Dərnəyinin prezidenti Kostas Çiqas son 24 saatı yanğın mövsümünün “ən çətin günü” adlandırıb. Onun sözlərinə görə, təkcə dünən 82 yanğın qeydə alınıb və güclü külək, yüksək temperatur, həmçinin quraqlıq söndürmə işlərini çətinləşdirib. Ən riskli cəbhələr Patra və Prevezada qeydə alınıb.

Избранный
8
turkic.world

1Источники