2025-ci ilin yanvar-iyun aylarında Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodundan 562,4 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilib.
Məlumata görə, təkcə cari ilin iyun ayında zavod 196,2 min ABŞ dolları dəyərində məhsul ixracı aparıb.
“İstisu” mineral su zavodunun tarixi 1976-cı ilə gedib çıxır. Zavod Kəlbəcər rayonunda fəaliyyətə başlayıb, lakin 1993-2020-ci illərdəki işğal dövründə fəaliyyəti dayandırılıb.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən isə zavod yenidən istehsala başlayıb və məhsullarının ixracı ilə iqtisadiyyata töhfə verməyə davam edir.
Fuad Mədətov
Finss.az