RU

Qaraçuxurda evdən oğurluq edən şəxs saxlanıldı

BAKI, 13 avqust. TELEQRAF

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini polisə müraciət edərək evindən 2400 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Избранный
7
3
teleqraf.com

4Источники