RU

Avropanın ən güclüsü müəyyənləşəcək: Azərbaycanlı hakimin iştirakı ilə

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, həlledici matçda Fransanın PSJ və İngiltərənin “Tottenhem” klubları üz-üzə gələcəklər.

Qarşılaşma İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev isə matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub.

Избранный
68
4
publika.az

7Источники