RU

Bu il 200 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i (18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.

7 ayda fərdi yaşayış və bağ evi üzərində – 37.904, mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası – 1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyul ayları ərzində 145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Избранный
113
12
apa.az

10Источники