RU

UEFA Superkubunun qalibi müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

QOL.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gələcək.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olacaq.  O, Juan Pineyrunun (Portuqaliya) idarə edeəcəyi matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Избранный
23
2
teleqraf.com

4Источники