RU

Madrid nəhəngi PSJ-nin oyunçusuna elçi düşdü

"Atletiko Madrid" PSJ-nin yarımmüdafiəçisi Karlos Soleri heyətinə qatmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Paris klubu ötən mövsüm icarə əsasında "Vest Hem"də çıxış edən 28 yaşlı futbolçu ilə yollarını ayırmağa razılaşıb. 

İnformasiyanı ispaniyalı tanınmış jurnalist Ektor Qomes yayıb. Mənbənin məlumatına görə, Madrid nəhəngi transfer pəncərəsi bağlanana qədər yarımmüdafiəçi ilə bağlı danışıqlara başlayacaq. Baş məşqçi Dieqo Simeonenin Solerin bacarıqlarını yüksək qiymətləndirdiyi və onu komandasına dəvət etmək barədə çoxdan düşündüyü bildirilir. İcarə variantı da mümkündür. Karlos Soler vətəninə qayıtmaq qərarına gəlsə, "Atletiko Madrid"i seçəcəyi gözlənilir. 

Futbolçunun "Transfermarkt"-da qiyməti 18 milyon avrodur.

Mirağa

Избранный
22
2
fanat.az

3Источники