Rusiyada "WhatsApp" və "Telegram" vasitəsilə səsli və video zənglər yaxın zamanda mümkün olmayacaq.
“İki sahil” xəbər verir ki, qərar artıq ən yüksək səviyyədə qəbul edilib və bunun “terrorçulara qarşı mübarizə çərçivəsində” həyata keçiriləcəyi bildirilir.
Məhdudiyyət yalnız zənglərə şamil olunacaq — kanallar və adi yazışmalar isə istifadəçilər üçün əlçatan olaraq qalacaq.