Millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 4-cü turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda öz meydanında "Lokomotiv"lə( Plovdiv) qarşılaşıb.
Oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.
Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu nəticədən sonra “Arda” turnir cədvəlində 5 xalla 8-cidir.