RU

Şəmkirdə rüşvətə görə həbs edilən icra nümayəndəsi azadlığa buraxıldı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Abbasov 9 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasının 4 ilini şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E.Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı həbs edilib. O həmçinin "Acı arx" Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri olub. Elçin Abbasov qəsəbə sakinlərindən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün 1 hektar torpaq sahəsinə görə 300-500 manat rüşvət almaqda təqsirəndirilib. İş üzrə 40 nəfərə yaxın zərərçəkmiş kimi tanınıb.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
7
oxu.az

8Источники