Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, bu mərhələnin cavab görüşləri eyni gündə keçirilib.
“Qarabağ”ın “Şkendiya”nı böyük hesabla keçdiyi gündə Azərbaycan çempionunun pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş” da Macarıstanda qarşılaşıblar. Meydan sahibləri 3 cavabsız qol vurmaqla Ağdam klubuna rəqib olublar.
Səfərdə “Feyenoord”a məğlub olmuş “Fənərbağça” da Türkiyədə böyük hesabla qələbə qazanaraq ÇL-in pley-off mərhələsinə yüksəlib.