Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müqavilələr bağlamaq hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Cəmiyyət, illik gəlir və xərclər smetasını müəyyən edir və sahə mülkiyyətçilərinə ödəniş və haqların miqdarını təyin edir. Cəmiyyətin fəaliyyəti üçün bank kreditlərindən istifadə etmək imkanı da mövcuddur. Həmçinin, cəmiyyətə xidmət göstərən şəxslərə maddi və pul vəsaitləri ödənə bilər.