Bakıya qələbə üçün gəlmişdik.
Axar.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib:
“Onlar bizdən yaxşı oynadı. Matçla bağlı danışmağa sözüm yoxdur. Sabah oyunu analiz edəcəyik. Məğlubiyyətə səbəb çoxdur. Səhvlərdən dərs çıxarmaq önəmlidir”.