ain.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ Çin məhsullarına olan asılılığın fərqindədir və bu asılılığı azaltmaq üçün daxili istehsalın gücləndirilməsini hədəfləyir.APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "77 WABC" radiosuna müsahibəsində danışıb.
“Çinlə bağlı problemimizin əsas səbəblərindən biri ondan ibarətdir ki, biz vaxtilə öz müəssisələrimizi onların əlindən itirmişik. Nəticədə, gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların böyük hissəsini Çindən idxal edirik. İndi isə bu vəziyyəti dəyişməliyik. ABŞ-da istehsalı artırmaqla Çin asılılığımızı azaltmaq mümkündür”.
Dövlət katibi vurğulayıb ki, ölkə daxilində istehsalın genişləndirilməsi iqtisadi təhlükəsizliyin gücləndirilməsi baxımından da vacibdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.