RU

Avroliqa: “Riyeka” “Şelburn”u pley-offa buraxmadı

Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

İrlandiyanın “Şelburn” komandası doğma meydanda Xorvatiya təmsilçisi “Riyeka” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılan xorvatlar Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıblar. UEFA Çempionlar Liqasında “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Şelburn” Avropa Liqası ilə də vidalaşaraq Konfrans Liqasına düşüb.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin qalan cavab görüşləri avqustun 14-də keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

Şelburn (İrlandiya) – Riyeka (Xorvatiya) 1:3
İlk oyun – 2:1.

Избранный
41
arena.az

1Источники