RU

Şəkidə tövlə və 2 ton ot bağlaması yandı

Şəkidə tövlə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Publika.az-a bildirilib ki, hadisə Baş Layısqı kəndində baş verib. Kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 tona yaxın ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb, hadisənin başvermə səbəbi araşdırılır.

Избранный
33
4
publika.az

7Источники