RU

Rubio Tramp-Putin sammitini "tanışlıq görüşü” adlandırdı

BAKI, 12 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit dövlət başçılarının vəziyyəti şəxsən qiymətləndirməsi üçün tələb olunan "tanışlıq görüşü"dür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "77 WABC" radiostansiyasına müsahibəsində bildirib.

"Düzünü desəm, düşünürəm ki, bu, tanışlıq görüşü olacaq. Putinlə bir neçə telefon danışığından sonra prezident hesab edir ki, danışıqlar masasında bu adamın gözlərinin içinə baxmalıdır. Prezident vəziyyəti qiymətləndirmək üçün onunla üz-üzə görüşməlidir", - Rubio bildirib.

Dövlət katibi görüşün Rusiya tərəfinə güzəşt olması barədə tənqidləri rədd edib.

"Prezident Tramp üçün bu görüş güzəşt deyil. O, buna fərqli baxır. Görüş vəziyyəti anlamaq və qərar vermək üçün addığımız bir addımdır", - o söyləyib.

Избранный
77
50
teleqraf.com

10Источники