“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda
“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
10Источники
-
news24.azAFFA prezidenti: “Qarabağ”a yeni qələbələr diləyirəm” ( 20284416)
-
baku.newsAFFA prezidenti: “Qarabağ”a yeni qələbələr diləyirəm” ( 20287482)
-
cebheinfo.azAFFA prezidenti: “Qarabağ”a yeni qələbələr diləyirəm” ( 20285748)
-
bakivaxti.azAFFA prezidentindən TƏBRİK ( 20285427)
-
demokrat.azÇempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib ( 20284596)
-
arena.azRövşən Nəcəf: “Qarabağ”a yeni qələbələr diləyirəm” ( 20284434)
-
manset.az"“Qarabağ”a yeni qələbələr diləyirəm" - AFFA prezidenti ( 20284098)
-
operativmedia.azAFFA prezidenti "Qarabağ"ı təbrik etdi ( 20283984)
-
interpress.azÇempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib ( 20283870)
-
rekord.az“Qarabağ”a yeni qələbələr diləyirəm” - AFFA prezidenti ( 20283738)