RU

İsrail Qəzzadakı fələstinliləri bu ölkəyə köçürmək istəyir - Danışıqlar aparılır

BAKI, 12 avqust. TELEQRAF

İsrail Qəzza sakinlərini Şərqi Afrika ölkəsinə olan Cənubi Sudana köçürmək istəyir.

Teleqraf "Associated Press"ı istinadən xəbər verir ki, İsrail rəsmiləri bununla bağlı Cənubi Sudanla danışıqlar aparır.

Altı etibarlı mənbə sayta məlumatı təsdiqləyib.

Danışıqlarda razılığın əldə olunub-olunmadığı bəlli deyil, lakin plan həyata keçsə, fələstinlilər yağışdan çıxıb yağmura düşmüş olacaqlar. Çünki Cənubi Sudanda da sosial durum ürəkaçan deyil.

İsrailin Baş naziri Benyamin Netanyahunun “könüllü miqrasiya” adlandırdığı bu köçürülmə ideyası ABŞ Prezidenti tərəfindən də dəstəklənib. Məlumata görə, İsrail digər Afrika ölkələrinə də oxşar köçürmə təklifləri edib.

Nə İsrailin, nə də Cənubi Sudanın xarici işlər nazirlikləri məlumatı şərh edilər.

Fələstinlilərin köçürülməsi planı beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt tənqid olunur.

Избранный
85
41
teleqraf.com

10Источники