RU

Çempionlar Liqası: “Qarabağ” “pley-off”da

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Şkendiya" ilə cavab matçına çıxıb.

Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin qələbə ilə başa çatıb - 5:1.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi. pizza mizza

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şkendiya"nı mübarizədən kənarlaşdıran "Qarabağ" adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.


Telegram kanalımız
Избранный
66
50
yenisabah.az

10Источники