RU

Lavrov ABŞ dövlət katibinə zəng etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonda iki ölkə liderlərinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri ətrafında müzakirə aparılıb ”, - məlumatda deyilir.

Bildirilir ki, hər iki tərəf Rusiya-Amerika sammitinin uğurlu və səmərəli keçirilməsinə sadiq olduqlarını təsdiqləyib.

Избранный
149
50
publika.az

10Источники