BAKI, 12 avqust. TELEQRAF
"BMT Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsində öz üzvlərinin konstruktiv dialoqunu alqışlayır".
Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik avqustun 15-də Alyaskada Rusiya və ABŞ-ın sammitindən dünya təşkilatının gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz üzv ölkələr arasında Ukrayna məsələsində konstruktiv dialoqu alqışlayırıq".
Düjarrik əlavə edib ki, BMT Ukrayna böhranının həlli üçün beynəlxalq hüquqa və onun nizamnaməsinə uyğun istənilən səyləri dəstəkləməyə hazırdır.