RU

Xəzər Gününə həsr olunmuş onlayn ekoviktorinanın qaliblərini təbrik edirik!

12 avqust Xəzər Günü münasibətilə ictimaiyyətin diqqətini ekoloji mövzulara yönəltmək, Xəzərin ekosistemi barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Nazirliyin sosial şəbəkə hesablarında onlayn ekoviktorina keçirildi. 


4 gün müddətində müxtəlif suallar paylaşıldı və izləyicilərimiz aktiv şəkildə iştirak etdi. Viktorinada iştirak edən hər kəsə marağı və fəallığı üçün təşəkkür edirik.


1-ci sual: Azərbaycan ərazisində yerləşən və Xəzər dənizinə çıxışı olan milli parklar hansılardır?


Cavab: Abşeron Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı və Şirvan Milli Parkı. 


Düzgün cavabı ilk yazan facebook izləyicimiz: Tahir İslamov; instagram izləyicimiz:  _mirsirac_


2-ci sual: Azərbaycan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasını neçənci ildə ratifikasiya edib və konvensiyanın məqsədi nədir?


a) 1999-cu ildə; sərhədlərin müəyyən olunması 

b) 2008-ci ildə; Xəzər dənizində balıqçılığın təşviqi 

c) 2006-cı ildə; Xəzər dənizinin çirklənmədən qorunması, onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası və davamlı istifadə edilməsi

d) 2005-ci ildə; dəniz ticarətinin tənzimlənməsi


Düzgün cavab: C variantı, Azərbaycan 2006-cı il 4 aprel tarixində Xəzər dənizinin çirklənmədən qorunması, onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası və davamlı istifadə edilməsi sahəsində regional müqavilə kimi əhəmiyyətə malik “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasını ratifikasiya etmişdir.


Düzgün cavabı ilk yazan facebook izləyicimiz: Amil Balayev; instagram izləyicimiz: _quliyevha


3-cü sual: Şəkildə gördüyünüz əsərlərin müəllifi kimdir? Xatırladaq ki, o həm də "Neft daşları"ndan əsərlər çəkən ilk rəssam olub.

Düzgün cavab: Maral Rəhmanzadə

Düzgün cavabı ilk yazan facebook izləyicimiz: Bəxtiyar Hüseynov; instagram izləyicimiz: sabina.bvaa

4-cü sual: Xəzər dənizində rast gəlinən siyənək növlərindən hansı nəsli kəsilmək təhlükəsində olan növ kateqoriyası altında Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir?


a) Volqa siyənəyi

b) Şərq siyənəyi

c) Qarabel siyənək

d) İrigöz siyənək


Düzgün cavab: A variantı, Volqa siyənəyi (Alosa volgensis Berg). Xəzər dənizinin demək olar ki, hər yerində yayılmışdır. Ehtiyatı kəskin şəkildə azalmışdır.

Düzgün cavabı ilk yazan facebook izləyicimiz: Tutuxanim Rehmanova; instagram izləyicimiz: rustamowichs

Qeyd edək ki, müsabiqə çərçivəsində qalib gələn izləyicilər hədiyyələrini əldə etmək üçün həftəiçi hər gün saat 09:00-dan 18:00-dək (13:00-14:00 nahar fasiləsi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasına yaxınlaşa bilərlər.

Избранный
53
ekologiya.az

1Источники