RU

Çikunqunya virusu Azərbaycanda yayılmayacaq -

Dünyanın bəzi ölkələrində yeni virus olan çikunqunya xəstəliyinə yoluxma halları artmaqda davam edir. İnfeksionist-həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu virus endemik bir xəstəlikdir, xüsusi bölgələrdə yayılıb. O qeyd edib ki, dünyanın bəzi bölgələrində, xüsusən də Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və indi isə Çində yayılmalar müşahidə olunur: “Azərbaycanda hazırda belə bir virusun yayılması ehtimalı yoxdur. Çünki bunun üçün xüsusi ağcaqanadlar olmalıdır. Ağcaqanadlar bu virusu dişləmə yolu ilə insana ötürür və onun yayılması üçün uyğun şərait olmalıdır: sular, subtropik mühit, nəmli iqlim”. Həkim deyib ki, iqlim dəyişmələri mövcuddur və gələcəkdə bu mümkündür.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
39
1
metbuat.az

2Источники