RU

Təhsil sistemində VACİB DƏYİŞİKLİK: Müəllimlər iş yerlərini...

Son dövrlər müəllimlərin işə qəbulu formasında dəyişiklik ediləcəyi ilə bağlı məlumatlar mövcuddur. Belə ki, məlumatlara görə, artıq müəllimlət yaşadıqları əraziyə yaxın yerlərdə məktəblərə tədris prosesi üçün cəlb olunacaqlar.

 

Bu məlumat cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna səbəb isə bəzilərinin paytaxt ərazisində əhalinin regionlara nisbətən daha çox məskunlaşdığını düşünmələridir.

 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Referans-a açıqlamasında bu məsələnin effektivliyi haqqında danışıb.

 


 

“Belə bir təklif ancaq könüllü razılaşma əsasında ola bilər. Çünki heç kəs məcbur oluna bilməz ki, yaşadığı əraziyə yaxın və ya məhz həmin ərazidə işləsin. Əmək Məcəlləsində, ümumiyyətlə, qeydiyyat da tələb etmir. Regionda yaşayan biri belə Bakıda gəlib çalışıb həmin gün evinə də qayıda bilər. Əsas odur ki, işə gecikməsin. Şəxs işə gecikirsə, gəlib vaxtında çata bilmirsə, bununla bağlı inzibati tənbeh tədbirləri tətbiq oluna bilər. Amma heç kəsi buna məcbur etmək olmaz”.

 

 

Fidan Vəlisoy 

Избранный
87
referans.az

1Источники