RU

Qadınların əmək bazarında qarşılaşdıqları diskriminasiya: Bərabər hüquq üçün mübarizə

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Qadınlar cəmiyyətin yarısıdır və onlar hər sahədə təhsil, iş, siyasət və s. bərabər hüquqlara malik olmalıdır. Lakin təəssüf ki, əmək bazarında qadınlar hələ də diskriminasiya ilə üzləşirlər.

Diskriminasiya insanlara cinsiyyət, yaş, din, irq və digər səbəblərə görə ayrı-seçkilik edilməsidir. İş yerində qadınlara qarşı diskriminasiya onların eyni iş üçün kişi həmkarlarından aşağı maaş alması, vəzifə yüksəlişindən məhrum olması, ya da işə götürülərkən imtina edilməsidir. Nümunə üşün qeyd edə bilərik ki, uşaqlı qadınlara dəstək proqramları azdır.

Əsas səbəblərdən biri cəmiyyətdə köklənmiş stereotiplər və ənənəvi düşüncə tərzidir. Qadınların əsas rolu ev işi və uşaq baxımı kimi qiymətləndirilir, peşəkar sahədə isə kişilər üstün tutulur. Həmçinin, qanunların tətbiqində və iş yerlərində bərabərliyin təmin edilməsində çatışmazlıqlar var.

Problemin həlli üçün qanunvericiliyin gücləndirilməsi və iş yerlərində qadınlara qarşı diskriminasiyanın qarşısını alan sərt qanunlar olmalıdır. Cəmiyyətdə qadınların rolu və hüquqları barədə geniş maarifləndirmə aparılmalıdır. Maaş və vəzifə yüksəlişi məsələlərində şəffaflıq təmin edilməlidir. Uşaq baxımı, analıq məzuniyyəti və digər sosial dəstək proqramları genişləndirilməlidir.

Qadınların əmək bazarında bərabər imkanlara malik olması cəmiyyətin inkişafı üçün vacibdir. Diskriminasiya yalnız qadınların deyil, bütün cəmiyyətin itkisidir. Hər kəs birgə çalışaraq qadınların hüquqlarını qorumaq və onlara layiq olduqları şəraiti yaratmaq üçün səy göstərməlidir.

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
bizimyol.info

1Источники