RU

Məşhur aktyor ABŞ-dakı lüks evini ucuz qiymətə satdı

Amerikalı aktyor Cim Kerri ABŞ-dakı lüks evini sataraq alıcıya təxminən 12 milyon dollar endirim edib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Malikanə Los-Ancelesin eksklüziv Brentvud bölgəsində yerləşir. Əmlak ilk dəfə 2023-cü ildə 28,9 milyon dollara satışa çıxarılıb və sonradan qiymət bir neçə dəfə aşağı salınıb. Dekabrda Kerri 19,8 milyon dollar ödəməyə hazır olan potensial alıcılardan biri ilə müqavilə imzalamaq istəsə də, sonda sövdələşmə baş tutmayıb. Dəfələrlə qiymətlərin endirilməsinə baxmayaraq, aktyor ev üçün ödədiyindən qat-qat artıq pul alıb - o, 1994-cü ildə əmlakı 3,8 milyon dollara satın alıb.

Избранный
20
publika.az

1Источники