BAKI, 12 avqust. TELEQRAF
Mərkəzi Bank "Tiko Azərbaycan" MMC və "Greentek Group” MMC-yə icrası məcburi göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.
Hər iki təşkilat üzrə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq icrası məcburi olan göstərişlər verilib.