RU

Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkar edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkaredilib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətitərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü”istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyisahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanlarıninsan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakmaraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

"Belə ki;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuquraşdırılmayıb;

- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qazbalonundan istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektriknaqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətininyoxlanılması barədə akt tərtib edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təminedilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilərazılaşdırılmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişQuba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahətmərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunubvə Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",- deyəməlumatda vurğulanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət YanğınNəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirləringörülməsini davam etdirir.

Qubada
Qubada
Qubada
Qubada
Məqalədə:
Избранный
31
30
az.trend.az

10Источники