RU

İngilis futbolçu üzündən ağır zədə aldı: Rəqib qapıçının ayağı...

İngiltərə beşinci divizionunun 1-ci turunun "Volkinq"ə qarşı oyununda “Karlayl Yunayted”in hücumçusu Luk Armstronq ciddi üz zədəsi alıb.

Publika.az xəbər verir ki, 29 yaşlı ingilis oyunçu 57-ci dəqiqədə hesabı açdıqdan qısa müddət sonra ikinci qolu vurmaq imkanı əldə edib. Lakin bu hücum ağır zədə ilə nəticələnib. Armstronq topu başı ilə rəqib qapısına göndərməyə çalışarkən, "Volkinq"in qapıçısı Kreyq Ross onun üzünə ayağı ilə zərbə endirib.

"Karlayl" klubunun sosial şəbəkədə yerləşdirdiyi fotoda Armstronq üzündən ciddi zədə aldığı görünüb.

Heybət

Избранный
51
8
publika.az

6Источники